Parisdə Azərbaycan və Fransa güləşçiləri arasında dostluq görüşü keçirilib. SİA-nın məlumatına görə, hər üç növdə güləşçilərin iştirak etdiyi dostluq görüşü Parisin ən məşhur saraylarından biri olan Qış sirkində baş tutub. Gərgin və maraqlı mübarizə şəraitində keçən görüş Azərbaycan güləşçilərinin 9:1 hesablı qələbəsi ilə başa çatıb.
Sərbəst və qadın güləşçilərin mübarizəsində bütün təmsilçilərimiz rəqiblərini tam üstünlüklə məğlub edib.
Yunan-Roma güləşçilərinin mübarizəsi daha gərgin keçib. İlk mübarizəyə qoşulan Rövşən Bayramov hesabda 4:0 öndə olsa da zədələnərək görüşü davam etdirə bilməyib. Ardınca Həsən Əliyev görüşü qələbə ilə başa vurub. 85 kq çəki dərəcəsində gənc güləşçimiz İslam Abbasov isə, son dünya çempionu ilə görüşdə əzmkarlıq nümayiş etdirərək rəqibini məğlub edib.
| Fransa | 1:9 | AZƏRBAYCAN | |
| Sərbəst güləş | |||
|
57 kq 74 kq 86 kq |
Muxtarov Luca Lampis Axmed Aybuyev |
Mahmud Məhəmmədov Cəbrayıl Həsənov Həmzət Osmanov |
|
| Qadın güləşi | |||
|
48 kq 53 kq 55 kq 58 kq |
Julie Sabatie Tatiana Debien Aurelie Basset Margot Riviere |
Patimat Baqomedova Mariya Stadnik Alyona Kolesnik Nataliya Snişin |
|
| Yunan-Roma güləşi | |||
|
59 kq 66 kq 85 kq |
Leo Tudezca Stefan Clement Melonin Noumonvi |
Rövşən Bayramov Həsən Əliyev İslam Abbasov |
|



.jpg)



.jpg)



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB