Qurban Qurbanovun millinin baş məşqçisi təyin olunmamasının səbəbi müəyyənləşdi

Qurban Qurbanovun millinin baş məşqçisi təyin olunmamasının səbəbi müəyyənləşdi

AFFA prezidenti Rövnəq Abdullayev "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanovun millinin baş məqçisi postuna niyə dəvət olunmadığı barədə danışıb. SİA-nın məlumatına görə, o, Q. Qurbanovun bu vəzifəyə təyin olunacağı təqdirdə hər iki işi uğurlu davam etdirə bilməyəcəyindən ehtiyat elədiklərini bildirib: "Q. Qurbanov çox ağıllı məşqçidir. Vaxtilə onu "Neftçi"yə mən gətirmişdim. Düşündük ki, əgər o millinin baş məşqçisi təyin olunsa, hər iki işi indiki kimi uğurlu apara bilməz. Klubunda uğurlu fəaliyyət göstərir. Qoy davam etsin".

Bütün xəbərlər Facebook səhifəmizdə