Məşqçilər Komitəsinə kim rəhbərlik edəcək?

Məşqçilər Komitəsinə kim rəhbərlik edəcək?

"AFFA İcraiyyə Komitəsinin iclasında Məşqçilər Komitəsinin yaradılması, Əsasnaməsi və üzvləri təsdiq olundu. Komitəyə Vaqif Sadıqov rəhbərlik edəcək". SİA-nın məlumatına görə, bu sözləri bu gün keçirilən mətbuat konfransında AFFA prezidenti Rövnəq Abdullayev deyib. O, komitənin üzvlərini açıqlayıb: "Məşqçilər Komitəsinin tərkibinə Böyükağa Hacıyev, Şahin Diniyev və Ağasəlim Mircavadov daxil edilib. Məşqçilər Komitəsi məşqçilərin fəaliyyətinə nəzarət edəcək və AFFA rəhbərliyinə hesabatlar hazırlayacaq. Onlar həm də Azərbaycanda çalışan əcnəbi məşqçilərin monitorinqini aparacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə