Bu gün keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında futbol üzrə əsas milli komandaya baş məşqçi xorvat mütəxəssis Robert Prosineçki təyin olunub. SİA-nın məlumatına görə, bununla bağlı AFFA prezidenti Rövnəq Abdullayev mətbuat konfransında fikirlərini bildirib: "Prosineçki ilə 3 illik müqavilə bağladıq. Onun qarşısına milli komandanı AÇ-2020-yə hazırlamaq vəzifəsi qoyulub. O, komandanı həmin turnirin final mərhələsində çıxartmalıdır. Prosineçki yığmamıza yeni üslub gətirəcək. Çünki o, yığmamızı çalışdıran ilk keçmiş hücumçu olacaq.
Bütün məşqçilər korpusuna ilə 1 mln 200 min avro ödəniləcək. Məşqçilər korpusunda 4 köməkçi məşqçi olacaq ki, onlardan 2-si azərbaycanlı olmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB