Futzal yığmamız Belarus millisinə qalib gəlib

Futzal yığmamız Belarus millisinə qalib gəlib

Daşkənddəki "Özbəkistan" idman kompleksində futzal üzrə keçirilən beynəlxalq turnir davam edir. Turnirdə Azərbaycan, Qazaxıstan, Belarus və Özbəkistanın yığma komandaları mübarizə aparır. Dekabrın 2-də Azərbaycan yığması Belarus millisini 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. Yığmamızın üzvləri Rəcəb Fərəczadə və Namiq Məmmədkərimov rəqib komandanın qapısına yol tapıblar.

Azərbaycan millisi dekabrın 3-də Özbəkistan yığması ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə