AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:
Topaz Premyer Liqasının XIV turunun "Neftçi" – "Qəbələ" matçında "Neftçi" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının XIV turunun "Simurq" – "Qarabağ" matçının 60-cı dəqiqəsində "Simurq" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə klub 2000 manat cərimə olunur (maddə 52.1).
Əvəzedici heyətlərin XIV turunun "Bakı" – "İnter" matçının 90+3-cü dəqiqəsində "İnter" klubunun 45 №-li futbolçusu İlkin Sadıqov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Əvəzedici heyətlərin XIV turunun "Simurq" – "Qarabağ" matçının 81-ci dəqiqəsində "Qarabağ" klubunun 16 №-li futbolçusu Elçin İsmayılov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Əvəzedici heyətlərin XIV turunun "Neftçi" – "Qəbələ" matçının 77-ci dəqiqəsində "Qəbələ" klubunun 77 №-li futbolçusu Ehtiram Şahverdiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.3).
Azərbaycan I Divizionunun XIII turunun "Şuşa" – "Energetik" matçının 48-ci dəqiqəsində "Energetik" klubunun 8 №-li futbolçusu Pərviz Hüseynov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Azərbaycan I Divizionunun XIII turunun MOİK – "Bakılı" matçında "Bakılı" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
Azərbaycan I Divizionunun XIII turunun "Lokomotiv" – "Mil-Muğan" matçının 33-cü dəqiqəsində "Lokomotiv" klubunun 10 №-li futbolçusu Rəsul Teymurxanlı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB