"NTV Spor"un şərhçisi Rıdvan Dilmen "Karabükspor" - "Beşiktaş" matçından sonra qarşılaşmanı şərh edib. SİA-nın məlumatına görə, o, "Beşiktaş"ın yeni transfer etməli olduğunu qeyd edib: "Beşiktaş"ın zəif nöqtəsi bəllidir. Ona görə transfer dönəmində yeni oyunçu almaq lazımdır. Çünki hər gələn top təhlükə yaradır. Demba Banın ilk qoldakı mövqeyində Emenike olsaydı, top qapıçıdan qayıdacaqdı. Slaven Bliç matçdan sonra gərək Demba Ba, ya da Sosanı oyundan çıxartmazdım deyib. Ancaq o, həmin vaxt sonrakı matçları da fikirləşdiyi üçün qərarın doğru olduğunu düşünüb.
"Fənərbaxça" və "Qalatasaray"ın yaxşı vəziyyətdə olmadığını nəzərə alsaq, "Beşiktaş" belə çempionat tapa bilməz. Dövrə arasında iqtisadi cəhətdən risk edib, 2 transfer etməlidirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB