AFFA təltif olunub

Portuqaliyanın Cascais şəhərində UEFA-nın "KISS Marketing Awards 2014" tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbirə 37 ölkə tərəfindən 5 kateqoriya üzrə 51 layihə təqdim olunub. AFFA-nın təqdim etdiyi "3x3 Qızlar" turniri "Ən yaxşı futbol kütləvililiyi marketinq kampaniyası" kateqoriyası üzrə "Kreativlik və İnnovativlik" mükafatına layiq görülüb. AFFA-nı tədbirdə Marketinq və Reklamlar Şöbəsinin əməkdaşları Arzu Əsgərova və Tural Piriyev təmsil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə