Güləşçilərimiz Fransa komandası ilə dostluq görüşü keçirəcək

Güləşçilərimiz Fransa komandası ilə dostluq görüşü keçirəcək

Dekabrın 4-də Parisdə Azərbaycan və Fransa güləşçiləri arasında dostluq görüşü keçiriləcək. SİA-nın məlumatına görə, dostluq görüşü cari ilin may ayında Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədovun Fransa Güləş Federasiyasının prezidenti Alain Bertolomla Parisdə keçirilən görüşü zamanı razılaşdırılıb.

Dostluq görüşünün əhəmiyyəti həm də ondan ibarətdir ki, bu yarış gələn il keçiriləcək Avropa Oyunları üçün test xarakteri daşıyır. Hər üç növdə güləşçilərin iştirak edəcəyi dostluq görüşü iki ölkənin güləş federasiyaları, eləcə də Azərbaycanın Fransadakı səfirliyinin birgə təşkilatçılığı ilə Parisin ən məşhur saraylarından biri olan Qış sirkində baş tutacaq.

Ümumilikdə, 10 güləşçinin mübarizə aparacağı dostluq görüşündə 3 çəkidə sərbəst, 3 çəkidə yunan-Roma və 4 çəki dərəcəsində qadın güləşçilər yarışacaq.

Fransa AZƏRBAYCAN
Sərbəst güləş
57 kq
74 kq
86 kq
Zoheir el Ouarraqe
Luca Lampis
Axmed Aybuyev
Mahmud Məhəmmədov
Cəbrayıl Həsənov
Həmzət Osmanov
Qadın güləşi
48 kq
53 kq
55 kq
58 kq
Julie Sabatie
Tatiana Debien
Aurelie Basset
Margot Riviere
Patimat Baqomedova
Mariya Stadnik
Alyona Kolesnik
Nataliya Snişin
Yunan-Roma güləşi
59 kq
66 kq
85 kq
Leo Tudezca
Stefan Clement
Melonin Noumonvi
Rövşən Bayramov
Həsən Əliyev
İslam Abbasov

Bütün xəbərlər Facebook səhifəmizdə