Millinin heyətində dəyişiklik edilib

Millinin heyətində dəyişiklik edilib

Özbəkistanın paytaxtı Daşkənd şəhərində ilk dəfə təşkil edilən beynəlxalq turnirdə iştirak edən futzal üzrə milli komandamızın heyətində dəyişiklik edilib. SİA-nın məlumatına görə, son məşqdə zədələnən Seymur Məmmədov heyətdən çıxarılıb. Onun əvəzinə heyətə "Fənərbağça" komandasının üzvü Vitali Borisov dəvət olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə