“Sumqayıt” AZAL ilə qarşılaşmadan məğlub ayrılıb

“Sumqayıt” AZAL ilə qarşılaşmadan məğlub ayrılıb

Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində noyabrın 29-da "Sumqayıt" klubu səfərdə AZAL ilə qarşılaşıb. "AZAL Arena" stadionunda baş tutan qarşılaşmada sumqayıtlılar 2:3 hesabı ilə məğlub olublar.

Oyundan sonra "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov jurnalistlərə açıqlamasında deyib: "Müdafiəçilərimizin zəif oyununa görə uduzduq. AZAL layiqli qələbə qazandı, rəqibi təbrik edirəm. Deyərdim ki, hücumda problemimiz çox deyil. Əsas problem arxa xətdədir".

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov isə deyib: "Çoxdandır ki, evdə qələbə qazana bilmirdik. Biz bu gün həmin uğursuz seriyaya son qoyduq. Buna görə futbolçularıma təşəkkür edirəm. Belə bir ağır durumda işlərinin öhdəsindən gəldilər".

Bütün xəbərlər Facebook səhifəmizdə