Futzal üzrə milli komandamız beynəlxalq turnirdə iştirak edəcək

Futzal üzrə milli komandamız beynəlxalq turnirdə iştirak edəcək

Futzal üzrə Azərbaycan yığması dekabrın 1-dən 4-dək Daşkənddə ilk dəfə təşkil olunacaq beynəlxalq turnirdə iştirak edəcək. AFFA-dan bildiriblər ki, millimizin heyətində Covani Buranello Laersio, Rövşən Hüseynli, Rizvan Fərzəliyev, İsa Atayev, Rəcəb Fərəczadə, Namiq Məmmədkərimov, Ramiz Çovdarov, Samir Həmzəyev (hamısı "Araz"), Eduardo Mello ("Khazar Islands"), Seymur Məmmədov ("Ekol"), Xətai Bağırov ("Neftçi" İdman-Sağlamlıq Mərkəzi), Fernando Da Silva Amadeu ("Khazar Islands"), Fineo De Araujo ("Khazar Islands") yer alıblar.

Milli komandamız ilk oyununu dekabrın 1-də Qazaxıstan yığmasına qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə