Balakən respublika birinciliyinin final mərhələsinə ev sahibliyi edib
Balakən Olimpiya İdman Kompleksində idman məktəblərinin VII Respublika Oyunlarının proqramına daxil olan 2001-2002-ci illər təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə respublika birinciliyinin final mərhələsinə yekun vurulub.
Rayon gənclər və idman idarəsindən bildiriblər ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışlarda respublikanın 37 şəhər, rayon, cəmiyyət və idman klubunu təmsil edən 200-dək idmançı 15 çəki dərəcəsi üzrə mübarizə aparıb.
Beynəlxalq dərəcəli hakim Vaqif Zeynallının baş hakimlik etdiyi birinciliyin qalibləri kubok, diplom və medallarla mükafatlandırılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB