WSB Liqasının yeni mövsümünə yanvarda start veriləcək

WSB Liqasının yeni mövsümünə yanvarda start veriləcək

Dünya Boks Seriyası (WSB) Liqasının yeni mövsümünə 2015-ci il yanvarın 16-da start veriləcək. SİA-nın məlumatına görə, Azərbaycan təmsilçisi "Baku Fires" turnirdə ilk görüşünə yanvarın 17-də çıxacaq. Ev görüşlərini Qubada keçirəcək "Baku Fires"in yeni mövsümdə rəqibləri Argentina, ABŞ, Qazaxıstan, İtaliya, Polşa, Venesuela kollektivləri və WSB-nin seçmə komandası olacaq.

Xatırladaq ki, ötən mövsüm finaladək irəliləyən "Baku Fires" həlledici görüşdə Kuba boksçularına uduzmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə