Qalin İvanova göstərilmiş sarı vərəqə ləğv edildi

Qalin İvanova göstərilmiş sarı vərəqə ləğv edildi

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda aşağıdakı qərarlar qəbul olunub:

"Xəzər Lənkəran" klubu Apellyasiya və Ekspert Komitəsinə müraciət edərək, Topaz Premyer Liqasının IV turunun "Xəzər Lənkəran" - "İnter" matçında "Xəzər Lənkəran" klubunun futbolçusu Qalin İvanova göstərilmiş sarı vərəqənin düzgün olmadığını və həmin sarı vərəqənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya və Ekspert Komitəsi bu məsələyə baxılması üçün İntizam Komitəsinə müraciət etmişdir. İntizam Komitəsi matçın video yazısına baxdıqdan və AFFA Hakimlər Komitəsinin sədrinin bu epizodla bağlı rəyindən sonra aşağıdakı qərarı qəbul edir:

- Topaz Premyer Liqasının IV turunun "Xəzər Lənkəran" - "İnter" matçının 59-cu dəqiqəsində "Xəzər Lənkəran" klubunun 8 №-li futbolçusu Qalin İvanova göstərilmiş sarı vərəqə hakim tərəfindən epizod duzgün qiymətləndirilmədiyinə görə ləğv edilir (maddə 19).

Bütün xəbərlər Facebook səhifəmizdə