Robert Prosineçki: "Qarabağ"ın azərbaycanlı futbolçularının yaxşı oyunu məni sevindirdi"

Robert Prosineçki: "Qarabağ"ın azərbaycanlı futbolçularının yaxşı oyunu məni sevindirdi"

Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd olan Robert Prosineçki UEFA Avropa Liqasında keçirilmiş "Sent-Etyen" - "Qarabağ" qarşılaşmasını izləyib və bununla bağlı fikirlərini bildirib. SİA-nın məlumatına görə, o, qarşılaşmanın maraqlı keçdiyini qeyd edib: "Azərbaycan futbolu və futbolçuları ilə daha yaxından tanış olmaq baxımından bu oyunu izləmək mənim üçün vacib idi. Yaxşı və maraqlı oyun oldu. Komanda birinci hissə daha yaxşı çıxış etdi və heyətdəki azərbaycanlı futbolçuların yaxşı oyunu məni sevindirdi. Şadam ki, bu oyunu canlı izlədim. Tanışlıq xarakterli fəaliyyətimi davam etdirmək məqsədilə Fransadan Bakıya dönəcəyəcəm və Topaz Premyer Liqasının XIV turunda keçiriləcək bəzi oyunları izləməyə çalışacağam".

Bütün xəbərlər Facebook səhifəmizdə