Kişi idman gimnastikası üzrə Azərbaycan və Bakı birinciliyi keçiriləcək FOTO

Kişi idman gimnastikası üzrə Azərbaycan və Bakı birinciliyi keçiriləcək FOTO

Azərbaycan Gimnastika Federasiyası dekabrın 5-də kişi idman gimnastikası üzrə 21-ci Azərbaycan və Bakı birinciliyini keçirəcək. SİA-nın xəbərinə görə, yarışlarda Bakı Gimnastika Məktəbinin və Respublika Olimpiya İdman Liseyinin nümayəndələri iştirak edəcəklər. 2000-2008-ci il təvəllüdlü 23 gimnast mütləq çoxnövçülükdə medallar uğrunda mübarizə aparacaq.

Federasiya yarışın açıq keçiriləcəyini elan edir və idman həvəskarlarını bir daha Milli Gimnastika Arenasına dəvət edir. Giriş sərbəst olacaq.

Yarışların başlanması - 09:30

Keçiriləcəyi yer - Milli Gimnastika Arenasının köməkçi zalı

Ünvan: Heydər Əliyev prospekti, 108

Keçid: Metronun "Koroğlu" stansiyası

Bütün xəbərlər Facebook səhifəmizdə