Avropa Liqasının qrup mərhələsinin V turunda səfərdə "Sent-Etyen"lə 1:1 hesablı heç-heçə edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında qarşılaşma haqda fikirlərini bildirib: O, matçın ağır keçdiyini qeyd edib: "Nəticə pis olmasa da, oyun ağır keçdi. Belə olacağını bilirdik. "Sent Etyen" son vaxtlar ən yaxşı oyunlarını nümayiş etdirir. Bu gün müdafiəyə çox diqqət yetirdik. Hücumda seçim az idi. Səfərdən yaxşı nəticə ilə dönürük. Nə Vüqarı, nə də Şehiçi matçın qəhrəmanı sayıram. Bütün komandanın əməyi var. Vüqarın vəzifəsi qol vurmaq, Şehiçin isə qapını qorumaqdır.
Xalımızın üstünə xal gəldi. Unutmayaq ki, "İnter"ə qarşı oynayacağıq. Son oyunda şansımız olsa da, hələ heç nə bəlli deyil. "İnter"də baş məşqçi dəyişikliyi olub. Oyunlarında dəyişikliklər var.
Artıq "Sent-Etyen"lə oyunu unutmalıyıq. Çünki iki gün sonra Premyer Liqada "Simurq"la ağır oyunumuz var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB