"Sent-Etyen" - "Qarabağ" matçında ikinci qol YENİLƏNİR

"Sent-Etyen" - "Qarabağ" matçında ikinci qol YENİLƏNİR

Bu gün Avropa Liqasının qrup mərhələsində V turun oyunları keçirilir. Turnirdə yeganə təmsilçimiz "Qarabağ" meydana çıxıb. Ağdam klubu səfərdə Fransa "Sent Etyen"i qarşılaşır. Bakıda keçirilən ilk oyunda rəqibi ilə qolsuz heç-heçə edən Qurban Qurbanovun komandası qrupdan çıxmaq şansını saxlamaq üçün səfərdən ən azı bir xalla dönməlidir.

"Qarabağ" səfərə ciddi itliklərlə yollansa da, yaxşı nəticə ilə geri dönəcəyinə ümid çoxdur. Hər iki komandanın dörd xalı olması oyunun marağını və gərginliyini artırır. Qarşılaşma Bakı vaxtı ilə saat 00:05-də başlayıb.

Qeyd edək ki, təmsilçimizin rəqibləri "İnter" və "Dnepr" klubları da qüvvəsini sınayır.

Avropa Liqasının qrup mərhələsi, V tur

00:05. "Sent-Etyen" (Fransa) – "Qarabağ" (Azərbaycan) - 1:1 (Birinci hissə)
Qollar: Vüqar Nadirov, 15 (0:1), Volfsvinkel, 21 (1:1)
Hakimlər: Kristin Yakobsson, Siqurdur Oli Torleyfsson və Qunnar Qunnarsson (hamısı İslandiya)
Sent-Etyen. "Joffrua Qişar" stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə