Antalya şəhərində Avropa Taekvondo Birliyinin (ATB) və Türkiyə Taekvondo Federasiyasının (TTF) birgə təşkilatçılığı ilə keçirilən "G1" kateqoriyalı yarış başa çatıb. SİA-nın məlumatına görə, taekvondo üzrə klublar arasında ikinci Avropa çempionatında ölkəmizi 7 klubdan 53 taekvondoçu təmsil edib. Dünyanın 33 ölkəsindən 651 idmançının qatıldığı çempionatda taekvondoçularımız 5 qızıl, 3 gümüş və 6 bürünc, ümumilikdə, 14 medal qazanıblar.
İdmançılarımızdan Zəlimxan Rəsulov (-63 kq,"Neftçi" İdman Sağlamlıq Mərkəzi), Kamil Adbulrazakov (-59 kq, "Savalan"), İlham Əliyev (-45 kq, "Sumqayıt" Texniki İdman Mərkəzi), İlayda Kardelen (44 kq), Gülhanım Yeşildal (-55 kq, "Gilan") qızıl medal, Radik İsayev (-87 kq, "Gilan"), Təhminə Hüseynli (-44 kq, "Sumqayıt" Texniki İdman Mərkəzi), Məmmədəli Quliyev (55 kq, "Neftçi" İdman Sağlamlıq Mərkəzi) gümüş medal, Rəvan Hüseynov (-48 kq, "Sumqayıt" Texniki İdman Mərkəzi), Rafaella Hüseynova (-59 kq, "Sumqayıt" Texniki İdman Mərkəzi), Minayə Əkbətova (-33 kq, "Gömrükçü"), Əli İsazadə (-45 kq, "Gömrükçü"), Məhəmmədyasin İbrahimov (-58 kq, Savalan), Patimat Abakarova (-49 kq, "Savalan") isə bürünc medala layiq görülüblər.
Oğlanlardan ibarət komandalar arasında "Neftçi" İdman Sağlamlıq Mərkəzi ikinci, qızların mübarizəsində "Gilan" ikinci, "Sumqayıt" Texniki İdman Mərkəzi üçüncü yerdə qərarlaşıb.
Noyabrın 28-dən 30-dək Dünya Taekvondo Federasiyasının (DTF) və Türkiyə Taekvondo Federasiyasının (TTF) birgə təşkilatçılığı ilə keçiriləcək "G1" kateqoriyalı "Turkish open"də yalnız "Neftçi" İdman Sağlamlıq Mərkəzinin və "Gilan" klubunun üzvləri milli komandanın tərkibində qüvvələrini sınayacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB