Çempionlar Liqasının ən məhsuldar futbolçuları

11 futbolçunun yer aldığı siyahıya "Barselona"nın forvardı Lionel Messi başçılıq edir
Çempionlar Liqasının ən məhsuldar futbolçuları

Çempionlar Liqasının ən məhsuldar futbolçularını müəyyənləşib. 11 futbolçunun yer aldığı siyahıya "Barselona"nın forvardı Lionel Messi başçılıq edir.

Argentinalı futbolçu 74 qolla "Real" (Madrid) klubunun canlı əfsanəsi Raul Qonzalesi geridə qoyub.

Aktivində 70 qol olan Madrid "Real"ının hücumçusu Kriştiano Ronaldo üçüncü pillədə qərarlaşıb. Portuqaliyalı futbolçu bu axşam "Bazel"lə keçiriləcək oyunda poker edəcəyi təqdirdə Messiyə çatacaq.

1. Lionel Messi (Argentina) - 91 oyuna 74 qol vurub

2. Raul Qonzales (İspaniya) - 142 oyuna 71 qol vurub

3. Kriştiano Ronaldo (Portuqaliya) - 107 oyuna 70 qol vurub

4. Rud van Nistelroy (Hollandiya) - 73 oyuna 56 qol vurub

5. Tyeri Anri (Fransa) - 112 oyuna 50 qol vurub

6. Andrey Şevçenko (Ukrayna) - 100 oyuna 48 qol vurub

7. Filippo İnzaqi (İtaliya) - 81 oyuna 46 qol vurub

8. Didye Droqba (Fil Dişi Sahili) - 91 oyuna 44 qol vurub

9. Zlatan İbrahimoviç (İsveç) - 105 oyuna 42 qol vurub

10. Kərim Benzema (Fransa) - 68 oyuna 41 qol vurub vurub

11. Alessandro Del Pyero (İtaliya) - 89 oyuna 41 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə