Noyabrın 26-da qadın voleybolçular arasında CEV kubokunun 1/16 final mərhələsinin cavab oyunları keçirilib. Azərbaycanı təmsil edən "Lokomotiv" ilk oyunda olduğu kimi, bu dəfə də qələbə qazanaraq səkkizdəbir finala vəsiqə qazanıb.
Bakı Voleybol Mərkəzində Almaniyanın "Rote Raben" kollektivini qəbul edən "Lokomotiv" ilk seti 25:22 hesabı ilə öz xeyrinə tamamlayıb. Təcrübəli voleybolçularımız rəqibin ciddi müqavimətinə baxmayaraq, ikinci setdə də qalib gəliblər – 25:23. Üçüncü set qonaqların 22:25 hesablı qələbəsi ilə başa çatıb. Dördüncü set daha inamlı oyun nümayiş etdirən təmsilçilərimizin xeyrinə başa çatıb - 25:17.
Bununla da "Lokomotiv" səkkizdəbir finala vəsiqəni təmin edib.
Almaniyada keçirilən ilk oyun "Lokomotiv"in 0:3 hesablı qələbəsi ilə başa çatmışdı (17:25, 24:26, 22:25).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB