Maqnus Karlsen dünya şahmat tacını özündə saxladı

Maqnus Karlsen dünya şahmat tacını özündə saxladı

Maqnus Karlsen karyerası ərzində ikinci dəfə şahmat üzrə dünya çempionu olub. TASS informasiya agentliyi xəbər verir ki, Rusiyanın Soçi şəhərində keçirilən oyunun 11-ci partiyasında ağ fiqurlarla oynayan norveçli Maqnus Karlsen çempionluğa namizəd hindistanlı Vişvanatan Anandı 45-ci gedişdə məğlub edərək titulunu qorumağa nail olub.

Rusiya prezidenti Vladimir Putin şahmat üzrə dünya çempionunu təbrik edərək bu görüşün Rusiyada və dünyada şahmatın inkişafına xidmət edəcəyinə əminliyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə