FİDE prezidenti: "Növbəti dünya çempionatı ABŞ-da keçiriləcək"

FİDE prezidenti: "Növbəti dünya çempionatı ABŞ-da keçiriləcək"

Soçidə şahmat üzrə 2014-cü il dünya birinciliyinin bağlanış mərasimi keçirilib. Tədbirin rəsmi hissəsində Rusiya Prezidenti Vladimir Putin qısa çıxış edib. Şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlsenə ənənəvi dəfnə çələngi təqdim edilib. Mərasimin təşkilatçıları və iştirakçıları bir-birinə səmimi təşəkkürlərini bildiriblər.

Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinovun məlumatı xeyli gözlənilməz olub: FİDE prezidenti bildirib ki, şahmat üzrə növbəti dünya çempionatı 2016-cı ildə ABŞ-da keçiriləcək, lakin dünya birinciliyinin məhz hansı şəhərdə keçiriləcəyi hələ məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə