Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin mini futbol meydançasında 10-11 və 12-13 yaş qruplarından olan yeniyetmələr arasında mini futbol üzrə Naxçıvan şəhər birinciliyi keçirilib. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkil etdikləri birinciliyin açılışında çıxış edənlər yeniyetmə futbolçulara yarışın məqsədi barədə məlumat veriblər.
Daha sonra yarışlar başlayıb.
Birincilikdə 9 komanda mübarizə aparıb. 10-11 yaş qrupundan olan yeniyetmələrin yarışında 5 komanda meydana çıxıb. Daha inamlı təsir bağışlayan "UGİM-2" və "Rabitəçi" komandaları finala vəsiqə qazanıblar. Həlledici görüşdə qalib gələn "UGİM-2" komandası yarışın baş mükafatına layiq görülüb. "Gənc İlhamçılar" komandası isə üçüncülüklə kifayətlənib.
Turnirdə 12-13 yaş qrupundan olan yeniyetmələrin mübarizəsində isə 4 komanda qalibin adını müəyyənləşdirmək üçün meydana çıxıb. Bu yaş qrupunda "Rabitəçi" komandası finalda "UGİM-1" komandasını məğlub edib və yarışın qalibi olub. "Gənc Heydərçilər" komandası isə yarışı üçüncü pillədə başa vurub.
Sonda qalib komandanlara təşkilatçıların diplomları təqdim olunub.azertag.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB