Topaz Premyer Liqasının son turunda "Kapital Bank Arena"da "Bakı" ilə heçə-heçə (1:1) edən "Sumqayıt" klubu bir günlük istirahəti başa vurub. SİA-nın məlumatına görə, komanda bu gündən etibarən Aqil Məmmədovun rəhbərliyi altında AZAL-la oyunun hazırlığıa başlayıb. "Kapital Bank Arena"da səhər məşqinə çıxan "Sumqayıt" FK tam heyətlə məşq edib.
Qeyd edək ki, AZAL - "Sumqayıt" oyunu noyabrın 29-da saat 15:00-da AZAL Arena-da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB