Şahmatçılarımız “Qatar Masters Open 2014” beynəlxalq turnirində mübarizəyə başlayırlar

Şahmatçılarımız “Qatar Masters Open 2014” beynəlxalq turnirində mübarizəyə başlayırlar

Bu gün Azərbaycan şahmatçıları Dohada start götürən "Qatar Masters Open 2014" beynəlxalq turnirində mübarizəyə başlayırlar. SİA-nın məlumatına görə, turnirdə 153 şahmatçı iştirak edir. Onlardan 111-i beynəlxalq qrossmeysterdir. İsveçrə sistemi üzrə 9 turdan ibarət keçirilən yarışda Azərbaycan da daxil olmaqla 38 ölkənin güclü şahmatçıları mübarizə aparırlar.

Azərbaycanı bu turnirdə qrossmeysterlər Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Eltac Səfərli, Vasif Durarbəyli, Qədir Hüseynov, Zeynəb Məmmədyarova və FİDE ustası Günay Məmmədzadə təmsil edirlər.

Qeyd edək ki, turnirə dekabrın 5-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə