"Neftçi" PFK-nın və Azərbaycan milli komandasının qapıçısı Emil Balayev Almaniya Bundesliqası klublarından olan "Ayntraxt"ın (Frankfurt) "Neftçi" PFK-ya ünvanladığı rəsmi dəvətə əsasən baxışda iştirak etmək üçün bu ölkəyə yola düşüb. SİA-nın məlumatına görə, Emil Balayev noyabrın 26-dan dekabrın 12-dək "Ayntraxt"ın düşərgəsində baxışda olacaq. Baxışın nəticələrinə əsasən, Almaniya klubu qapıçı ilə bağlı qərar verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB