İntizam Komitəsindən sərt cərimə və cəzalar

İntizam Komitəsindən sərt cərimə və cəzalar

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:

20 noyabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının XII turunun "Bakı" – "Qarabağ" matçında "Bakı" klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

20 noyabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının XII turunun "İnter" – "Xəzər Lənkəran" matçın 79-cu dəqiqəsində "Xəzər Lənkəran" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə klub 2000 manat cərimə olunur (maddə 52.1).

Oyun başa çatdıqdan sonra stadionun dəhlizində "Xəzər Lənkəran" klubunun direktoru Yunis Hüseynov və "İnter" klubunun baş məşqçisi Kaxaber Tsxadadze bir-birini təhqir etdiklərinə görə hər ikisi 5 oyun cəzalanır, hər iki klub 5000 manat cərimə olunur (maddə 42.4).

20 noyabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının XII turunun "Simurq" – "Neftçi" oyunu başa çatdıqdan sonra "Neftçi" klubunun rəsmisi Elnur Əşrəfoğlu hakimlər komitəsinin sədri Xaqani Məmmədovu geniş kütlə qarşısında təhqir etdiyinə və bu hərəkətini kütləvi informasiya vasitələrində də davam etdirdiyinə görə 10 oyunluq stadiona girişinə qadağa qoyulur, klub 20 000 manat cərimə olunur.(maddə 81, maddə 10).

20 noyabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XII turunun "Simurq" – "Neftçi" matçında "Simurq" klubunun 6 sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

Oyunun 85-ci dəqiqəsində "Simurq" klubunun 40 №-li futbolçusu Sərxan Abbaslının aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 38.3).

21 noyabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XII turunun "Mil-Muğan" – "Zirə" matçının 38-ci dəqiqəsində "Mil-Muğan" klubunun 4 №-li futbolçusu Zöhrab Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

21 noyabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XII turunun "Bakılı" – "Lokomotiv" matçında "Bakılı" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

21 noyabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XII turunun "Şəmkir" – MOİK matçında MOİK klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Oyunun 69-cu dəqiqəsində "Şəmkir" klubunun 29 №-li futbolçusu Samir Mehdiyevin kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).

22 noyabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XII turunun "Kəpəz" – "Göyəzən" matçının 39-cu dəqiqəsində "Kəpəz" klubunun 16 №-li futbolçusu Davud Kəriminin hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).

22 noyabr 2014-cü il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XII turunun "Şahdağ" – "Rəvan" matçında "Şahdağ" klubunun 4, "Rəvan" klubunun 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunur (maddə 40).

Oyunun 90+3-cü dəqiqəsində "Rəvan" klubunun 57 №-li futbolçusu Orxan Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).

Oyunun 90+3-cü dəqiqəsində "Rəvan" klubunun 92 №-li futbolçusu Nicat Əliyev hakimi, AFFA və PFL - i təhqir etdiyinə görə 9 oyun cəzalanır, klub 1400 manat cərimə olunur (maddə 42.3, maddə 81).

23 noyabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının XIII turunun "Qarabağ" – AZAL matçın 31-ci dəqiqəsində AZAL klubunun 1 №-li futbolçusu Ruslan Məcidovun sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

24 noyabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının XIII turunun "Xəzər Lənkəran" – "Neftçi" matçında "Neftçi" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Oyunun 16-cı dəqiqəsində "Neftçi" klubunun 1 №-li futbolçusu Emil Balayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Oyunun 45+2-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun 7 №-li futbolçusu Sadio Tounkara aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 38.2)
Futbolçuya verilmiş cəzanın bir oyunu şərti cəza kimi tətbiq olunur və ona 6 aylıq sınaq müddəti verilir.Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq. (maddə 32, maddə 33)

Oyunun 74-cü dəqiqəsində "Xəzər Lənkəran" klubunun 22 №-li futbolçusu Əfran İsmayılov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 38.1).
Futbolçuya verilmiş cəzanın bir oyunu şərti cəza kimi tətbiq olunur və ona 6 aylıq sınaq müddəti verilir. Sınaq dövründə futbolçu yenidın cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq. (maddə 32, maddə 33)

Oyun 50-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq "Neftçi" klubunun futbolçusu Elnur Allahverdiyev meydandan kənarlaşdırılmışdır. Oyun bitdikdən sonra isə o, AFFA, PFL və hakimi təhqir etmişdir. Bu səbəbdən də adıçəkilən futbolçu 6 oyunluq cəzalanır, klub 5200 manat cərimə olunur (maddə 81, maddə 48).

Oyunun 90+4-cu dəqiqəsində "Xəzər Lənkəran" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atılmasına görə klub 2000 manat cərimə olunur (maddə 52.1).

22 noyabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIII turunun "Qarabağ" – AZAL matçında "Qarabağ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

22 noyabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XIII turunun "Qəbələ" – "Simurq" matçında "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

19 noyabr 2014-cü il U-19 Liqasının "Sumqayıt" – "Bakı" matçının 75-ci dəqiqəsində "Sumqayıt" klubunun 8 №-li futbolçusu İsax Əliyev və "Bakı" klubunun 2 №-li futbolçusu Rəvan Kərimov biri-birilərinə qarşı aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığları üçün hər iki futbolçu 4 oyun cəzalanır (maddə 38.3)

19 noyabr 2014-cü il U-19 Liqasının "Qəbələ" – "Neftçi" matçının 85-ci dəqiqəsində "Neftçi" klubunun 27 №-li futbolçusu Etibar Süleymanov idmançıya yaraşmayan hərəkətə görə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, (maddə 48).

19 noyabr 2014-cü il U-19 Liqasının "Qarabağ" – "Xəzər Lənkəran" matçının 90+2-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun 4 №-li futbolçusu Fərid Əsədovun, 15 №-li futbolçusu Eduard Rəfiyev, "Qarabağ" klubunun 16 №-li futbolçusu Rauf Əliyevin və 10 №-li futbolçusu Amin Hüseynov dava-dalaşda iştirak etdiylərinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər bir futbolçu 5 oyun cəzalanır (maddə 39.1).

17 noyabr 2014-cü il U-17 Azərbaycan kuboku "Vətən" – "Sumqayıt" matçının 48-ci dəqiqəsində "Vətən" klubunun məşqçisi Namiq Süleymanov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 62).

20 noyabr 2014-cü il U-16 Liqasının "İnter" – "Qarabağ" matçının 61-ci dəqiqəsində "İnter" klubunun 98 №-li futbolçusu Mir Emil Həsənov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).

20 noyabr 2014-cü il U-16 Liqasının "Vətən" – "Simurq" matçının 76-cı dəqiqəsində "Simurq" klubunun 9 №-li futbolçusu Coşqun Canımov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

18 noyabr 2014-cü il U-15 Liqasının "Sumqayıt" – "Əlincə" matçının 57-ci dəqiqəsində "Əlincə" klubunun 10 №-li futbolçusu Tahir Zeynalov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 38.3)

18 noyabr 2014-cü il U-15 Liqasının "Rəvan" – "Neftçi" matçının 15-ci dəqiqəsində "Rəvan" klubunun 13 №-li futbolçusu Ərşad Xankişiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).

18 noyabr 2014-cü il U-15 Liqasının "Qarabağ" – "Bakı" matçının 27-ci dəqiqəsində "Qarabağ" klubunun 15 №-li futbolçusu Samir Ağakişiyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).

18 noyabr 2014-cü il U-15 Liqasının "Simurq" – "Şahdağ" matçının 68-ci dəqiqəsində "Şahdağ" klubunun 4 №-li futbolçusu Emil Həmidov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).

18 noyabr 2014-cü il U-15 Liqasının "Vətən" – "Xəzər Lənkəran" matçının 65-ci dəqiqəsində "Vətən" klubunun 4 №-li futbolçusu Fərhad Şərifov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

22 noyabr 2014-cü il U-14 Liqasının Dinamo (Yardımlı) – Xəzər Lənkəran (Lənkəran) matçında Dinamo klubunun iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

22 noyabr 2014-cü il U-14 Liqasının "Füzuli" (Füzuli) – "MKT Araz" (İmişli) matçının 45-ci dəqiqəsində "Füzuli" klubunun 2 №-li futbolçusu İzzət Əkbərli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

22 noyabr 2014-cü il U-14 Liqasının "Şahdağ" (Qusar) – "Qudyalçay"(Xaçmaz) matçında "Qudyalçay klubunun iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

Bu hal 3 –cü dəfə təkrarlandığı üçün klub yarışlardan kənarlaşdırırlır.

22 noyabr 2014-cü il Coca Cola U-13 Liqasının "Vətən" – "İnter" matçının 49-cu dəqiqəsində "İnter" klubunun 11 №-li futbolçusu Rəfael Həmidzadənin kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 37.1).

22 noyabr 2014-cü il U-13 "Neftçi İK İB" – "Binə" matçının 7-ci dəqiqəsində "Binə" klubunun 9 №-li futbolçusu Fərid Əsədov və "Neftçi İK İB" klubunun 18 №-li futbolçusu Kənan Məmmədli aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər bir futbolçu 2 oyun cəzalanır (maddə 38.3)

23 noyabr 2014-cü il U-11 Liqasının "Kürdəmir" (Kürdəmir) – "Uğur" (Ucar) matçında "Uğur" klubunun iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

23 noyabr 2014-cü il U-10 Liqasının "Bakı" – "Qarabağ" matçında "Bakı" klubunun iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

23 noyabr 2014-cü il Coca-Cola U-13 Liqasının "Məhsul"(Zərdab) – "Uğur"(Ucar) matçında "Uğur" klubunun iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

22 noyabr 2014-cü il Atena U-12 Liqasının "UGİM"(Mingəçevir) – "UGİM" (Ağcabədi) matçında "UGİM" (Mingəçevir) klubunun iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

Bütün xəbərlər Facebook səhifəmizdə