"Manchester United" ötən həftə Premyer Liqanın 12-ci turunda "Arsenal"a qalib gəlməklə cari çempionatda ilk səfər qələbəsini qazandı. Matçda sonra "manikunianlar"ın baş məşqçisi Lui van Qaal fikirlərini mediaya açıqlayıb.
Holland çalışdıcı taktiki cəhətdən riskə yol verdiyini bildirib.
"Makneyr və Blekett gənc olduğundan matça 3 müdafiəçi buraxmalı oldum. Adları çəkilən 2 futbolçu müdafiənin mərkəzində "Arsenal"ın hücumlarına çətin davam gətirə bilərdi. Bu, risk idi. Amma bilirdim ki, "Arsenal" hücum edəcək və pressinqlə oynayacaq. Deməli, biz daha çox boş sahə əldə edəcəkdik. London klubunda müdafiənin mərkəzində Mertezaker və Naço Monreal oynayırdı. Mertezakerə qarşı cəld Di Marianı, Monreala qarşı isə Van Persini meydana buraxmışdım. Hər şey sürətə hesablanmışdı. Belə matçlardan öncə yaxşı düşünmək lazımdır. Hər şey uğurla başa çatanda yalnız razı qalmaq mümkündür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB