"İlk növbədə fanatlardan üzr istəyirəm. Biz onlara qələbə bəxş edə bilmədik". SİA-nın məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının XIII turunda "Simurq"a məğlubiyyətdən sonra "Qəbələ" klubunun baş məşqçisi Dorinel Munteanu deyib. O, komandasının məğlubiyyətinə görə özünü günahkar bilib: "Nəticəyə görə cavabdeh mənəm. Çünki ilk onbirliyi mən təyin edirəm. Nəticə istədiyimiz kimi olmadı. Ona görə də günahkar mənəm. Bəlkə də qələbəyə daha çox layiq olan komanda "Qəbələ" idi. Bu gün fərdi planda səhvlər etdik. Bunun da nəticəyə təsiri oldu.
Ruslan Abışov ilk hissədə səhvsiz oynadı. İkinci hissədə müəyyən səhvləri oldu. Müdafidə Ruslan Abışov, Müşfiq Teymurov, Ruslan Tağızadə və Rafael Santosa şans verməli idik. Çünki başqa variantımız yox idi".
Qeyd edək ki, oyun 2:3 hesabı ilə "Simurq"un xeyrinə baş çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB