Qurban Qurbanov: "Reynaldo ancaq 10 gündən sonra oynaya biləcək"

Qurban Qurbanov: "Reynaldo ancaq 10 gündən sonra oynaya biləcək"

"İstədiyimiz 3 xalı qazana bildik. Əsas heyət oyunçularına şans verdik ki, "Sent Etyen"lə oyundan öncə praktika çatışmazlığı olmasın". SİA-nın məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının XIII turunun "Qarabağ" - AZAL görüşündən sonra Ağdam təmsilçsinin baş məşqçisi Qurban Qurbanov deyib. O, səhvlərin üzərində işləmək lazım olduğunu qeyd edib: "Səhvlər yenə də var idi. Onların üzərində işləməliyik. Reynaldo və Dias zədəlidirlər. Təəssüf ki, Fransada bizə kömək edə bilməyəcəklər. Reynaldo ancaq 10 gündən sonra oynaya biləcək".

Qeyd edək ki, oyun 2:1 hesabı ilə "Qarabağ"ın xeyrinə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə