FİFA hakimi Cüneyt Çakır ciyərlərində hava yığılması ilə bağlı olaraq əməliyyat olunub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Liqada "Gənclərbirliyi" ilə "Kardəmir Karabükspor" arasında Ankaranın "19 Mayıs Stadı"nda keçirilən oyunun ilk hissəsində Cüneyt Çakırın halı pisləşib. Bundan sonra matçı bitirə bilməyən hakim Acıbadəm Xəstəxanasına yerləşdirilib. Xəstəxanada aparılan ilkin müayinənin nəticəsində aydın olub ki, Cüneyt Çakırın ciyərlərində hava yığılıb. Bundan sonrə Güvən xəstəxanasına göndərilərək əməliyyat edilib. FİFA nişanlı hakimin reanimasiyada saxlanıldığı ifadə olunur. Çakırın köməkçilərindən olan Tarık Ongun xəstəxanada jurnalistlərə verdiyi açıqlamasında hakimin səhhətinin yaxşı olduğunu qeyd edib. Tarık Ongun Çakırın 2-3 gün xəstəxanada dincələcəyini deyib: "Lazımi işlər görüldü. Cüneyt Çakır 10 gün içərisində məşqlərə başlayacaq. Hazırki vəziyyətdə hər hansı bir problem yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB