Argentina millisinin üzvü İspaniya La Liqasının XII turunda evdə "Sevilya"nı məğlub etdikləri görüşdə adını tarixə yazdırıb. SİA-nın məlumatına görə, Leo Kataloniya klubunun 5:1 hesabı ilə qalib gəldikləri matçda het-trik edərək, La Liqada ən çox qol vuran futbolçu adını qazanıb. 21, 73 və 78-ci dəqiqələrdə fərqlənən 27 yaşlı oyunçu qollarının sayını 253-ə çatdırıb. Bununla da Lionel Messi 1940-1955-ci illər arasında Bilbao "Atletik"ində forma geyinmiş Telmo Sarranın 251 qolluq (277 oyun) rekordunu qırıb. Lionel İspaniya çempionatında bu topları 289 matçda rəqib qapılarından keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB