Yoldaşlıq oyunu keçirilib

AFFA və İdman Mədəniyyəti və Maarifçiliyinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə "Bayıl Arena"da Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi ilə Azərbaycan milli komandasının keçmiş üzvlərindən ibarət komanda arasında yoldaşlıq görüşü keçirilib. SİA-nın məlumatına görə, yoldaşlıq oyunu ölkəmizdə qadın futbolunun inkişafı, təbliğatının gücləndirilməsi və gənclərin asudə vaxtlarını səmərəli istifadə etmək məqsədi ilə təşkil olunub. Qarşılaşma Azərbaycan milli komandasının keçmiş üzvlərindən ibarət komandanın 16:2 hesablı qələbəsilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə