Velosipedlə 7 aya Azərbaycana çatdı

Velosipedlə 7 aya Azərbaycana çatdı

Rusiyanın Çuvaşiya Federal vilayətindən olan velosipedçi Nikita Vasiliyev dünya turu çərçivəsində Azərbaycanda olub. SİA-nın məlumatına görə, yaşadığı Çeboksarı şəhərindən 7 ay öncə səyahətə başlayan velosipedçi 6000 km məsafə qət etdikdən sonra ölkəmizə gəlib.

Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyevlə görüş zamanı Nikita Vasiliyev öz səfəri haqda ətraflı məlumat verib. O deyib ki, Azərbaycandan sonra Gürcüstan - Türkiyə marşrutu üzrə hərəkət edəcək və səfərini 5 aydan sonra yekunlaşdıracaq.

Rusiyalı velosipedçiyə uğurlar arzulayan Fərhad Əliyev ona Azərbaycanda bu idman növünün inkişafı barədə məlumat verib. Federasiya rəsmisi sözlərinə bu cür səfərlərin xalqlar və dövlətlər arasında dostluq münasibətlərinə müsbət təsir göstərdiyini də əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə