İki boksçumuz dünya çempionatının medalını təmin etdi

İki boksçumuz dünya çempionatının medalını təmin etdi

Koreyanın Jeju şəhərində boks üzrə qadınlar arasında dünya çempionatı davam edir. SİA-nın məlumatına görə, Azərbaycan milli komandasının iki üzvü yarımfinala vəsiqə qazanaraq, yarışın medallarını özlərinə təmin ediblər. Avropa çempionu Yelena Vıstropova (69 kq) ¼ finalda ABŞ təmsilçisi Danielle Volf üzərində qələbə qazanıb -2:1. Boksçumuz yarımfinalda Panama idmançısı Athena Bilonla qarşılaşacaq.

60 kq çəki dərəcəsində çıxış edən Yana Alekseyeva da yarımfinala yüksəlib. Milli komandamızın üzvü ¼ finalda avstraliyalı Şelli Votsu mübarizədən kənarlaşdırıb - 3:0. Alekseyevanın növbəti rəqibi Fransa təmsilçisi Estell Mosseli olacaq.

Anna Əlimardanova isə (54 kq) ¼ finalda uduzaraq, medal qazanmaq şansını itirib. Millimizin üzvü türkiyəli Ayşə Taşa məğlub olub - 0:3.

Yarımfinal görüşləri noyabrın 23-də, finallar isə bundan bir gün sonra olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə