Oğuz Çetin: "Hakimlər çox kobud səhvlərə yol verdilər"

Oğuz Çetin: "Hakimlər çox kobud səhvlərə yol verdilər"

"Oyuna pis başladıq. Çox asan qollar buraxdıq. "İnter" kimi güclü komandaya qarşı oyunda 0:2 hesabı ilə geriyə düşmək və sonradan oyun qurmaq çox çətindir. Rauf Əliyevin zədələnməsi bizim üçün yaxşı olmadı. Qol epizodlarından istifadə edə bilmədiyimizə görə məyusam". SİA-nın məlumatına görə, bu fikirləri Topaz Premyer Liqasının 12-ci turunda "İnter"lə qarşılaşan "Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çetin deyib. O, hakimlərdən narazılığlını bildirib: "Bu oyuna qədər hakimlikdən danışmamışam. İndi isə deməliyəm ki, hakimlər çox kobud səhvlərə yol verdilər. Rəqib komandanın qapıçısı cərimə meydançası kənarında əllə oynamışdı və qırmızı vərəqə ilə cəzalanmalı idi. Rəqib komandanın baş məşqçisinin etik normalardan kənar hərəkəti də çox üzücü bir haldır".

Bütün xəbərlər Facebook səhifəmizdə