Kaxaber Sxadadze: "Bəyənmədiyim yeganə məqam sonda qol buraxmağımız oldu"
Topaz Premyer Liqasının 12-ci turunun son oyunu "İnter Arena"da baş tutub. SİA-nın məlumatına görə, "İnter" - "Xəzər Lənkəran" qarşılaşması meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyundan sonra meydan sahiblərinin baş məşqçisi Kaxaber Sxadadze fikirlərini bildirib: "Strategiyamızı düzgün qurduq və iki hücumçu ilə oynadıq. Bunun nəticəsi olaraq, birinci hissənin əvvəlində iki qol vurmağı bacardıq. İkinci hissənin ortalarında təşəbbüsu "Xəzər Lənkəran"a verdik. Amma sonradan taktikanı dəyişdik və yenə rəqibi məyus etdik. Bəyənmədiyim yeganə məqam sonda qol buraxmağımız oldu. Buna rəğmən oyunçularımı təbrik etmək istəyirəm. Dörd oyunluq fasilədən sonra, nəhayət, qollar vura bildik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB