"Maraqlı və qollu bir qarşılaşmanın şahidi olduq. Çox düşünməyi tələb edən bir oyun idi". SİA-nın məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının XII turunda "Bakı" ilə qarşılaşan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. O, ilk hissədə müdafiədə səhvlərə yol verdiklərini qeyd edib: "Birinci hissədə müdafiədə çox səhv etdik. Bunun üzərində işləməliyik. Daha diqqətli olmalıyıq. İkinci hissədə toparlanıb, daha yaxşı oynadıq, qələbə qazandıq. "Bakı" topla çox yaxşı oynayan komandadır. Onlara gələcək oyunlarda uğurlar arzulayıram".
Qeyd edək ki, oyun 2:4 hesabı ilə "Qarabağ"ın xeyrinə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB