Dünən Budaq Nəsirovla müqavilə imzalayan "Sumqayıt" futbol klubu daha bir futbolçu ilə güclənib. SİA-nın məlumatına görə, komanda "Xəzər Lənkəran"dan ayrılan sabiq yarımmüdafiəçisi Uğur Pamuku heyətinə qatıb. 25 yaşlı futbolçu "Sumqayıt"la 1,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Uğur 2012/2013 mövsümündə "Sumqayıt" FK-da 14 qarşılaşmada meydana çıxıb (1194 dəqiqə) və 1 qol vurub. Daha sonra 2013/2014 mövsümünün ikinci yarısında yenidən komandaya qoşulan adıçəkilən futbolçu bu dəfə 13 qarşılaşmada 1061 dəqiqə oynayıb və rəqib qapılarından 2 top keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə