Daha iki boksçumuz DÇ-də ¼ finala vəsiqə qazandı

Daha iki boksçumuz DÇ-də ¼ finala vəsiqə qazandı

Koreyanın Jeju şəhərində keçirilən boks üzrə qadınlar arasında dünya çempionatında ¼ finalçıların adları məlum olub. SİA-nın məlumatına görə, Azərbaycan milli komandasının 3 üzvü ¼ finalda mübarizə aparmaq hüququ qazanıb. Yelena Vıstropovadan sonra daha iki boksçumuz - Anna Əlimərdanova (54 kq) və Yana Alekseyeva da (60 kq) növbəti mərhələyə yüksəliblər. Əlimərdanova 1/8 finalda İrlandiya idmançısı Mikaella Volşu məğlub edib - 2:0. Boksçumuz ¼ finalda türkiyəli Ayşə Taşla üz-üzə gələcək.

Alekseyeva isə ukraynalı Yuliya Tsıplakovanı mübarizədən kənarlaşdırıb - 3:0. Seçmə komandamızın üzvünün növbəti rəqibi Avstraliya təmsilçisi Şelli Vatts olacaq.

Xatırladaq ki, dünən Yelena Vıstropova da (69 kq) ¼ finala vəsiqə qazanmışdı. ¼ final mərhələsinin görüşləri noyabrın 21-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə