Tomas Baxa ADBTİA-nın fəxri doktoru adı verildi

Tomas Baxa ADBTİA-nın fəxri doktoru adı verildi

Bakıda səfərdə olan Beynəlxalq Olimpiya Komitəsinin (İOC) prezidenti Tomas Baxa Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasın (ADBTİA) fəxri doktoru adı verilib. SİA-nın məlumatına görə, bununla bağlı akademiyada keçirilən tədbirdə gənclər və idman naziri Azad Rəhimov, İOC-un fəxri prezidenti Jak Roqqe, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, akademiyanın rektoru və MOK-un baş katibi Ağacan Abiyev iştirak edib.

Tədbiri açan A. Abiyev ölkəmizdə ilk dəfə olan qonağı salamlayıb və onun karyerası barədə danışıb. O, İOC prezidentinə fəxri doktor diplomunu təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə