UEFA "Qalatasaray"ı cəzalandırdı

UEFA qərarını açıqladı
UEFA "Qalatasaray"ı cəzalandırdı

UEFA İntizam Komitəsi Çempionlar Liqasının qrup mərhələsinin IV turunda keçirilən "Borussiya" - "Qalatasaray" oyununda baş verən xoşagəlməz hadisələrlə bağlı qərarını açıqlayıb. İK İstanbul təmsilçisi 70 min avro məbləğində cəzalandırıb.

Buna "Cim Bom"un azarkeşlərinin "Siqnal İduna Park"da baş tutan oyun zamanı meydançaya yad əşyalar və fişənglər atması səbəb olub. "Qalatasaray"ın fanatlarının bu davranışı səbəbindən qarşıdakı ev matçında azarkeşsiz oynama ilə cəzalandırılacağı gözlənilsə də, UEFA yalnız pul cəriməsi ilə kifayətlənib.

Qeyd edək ki, "Borussiya" - "Qalatasaray" oyunu 4:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə