2016-cı ilin mayında Belarusda təşkil olunacaq 17 yaşadək qadınlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb. AFFA-dan bildiriblər ki, UEFA-nın Nyondakı mənzil qərargahında keçirilən püşkatmada yığmamızın rəqibləri məlum olub. Yığmamız VI qrupda Belçika, Çexiya, Gürcüstan komandaları ilə mübarizə aparacaq.
Seçmə mərhələnin oyunları 2015-ci il avqustun 1-dən oktyabrın 31-dək keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB