“Araz” ikinci oyununu keçirəcək

“Araz” ikinci oyununu keçirəcək

Futzal üzrə UEFA kubokunun elit-raund mərhələsində təmsilçimiz "Araz" bu gün ikinci oyununu keçirəcək. SİA-nın məlumatına görə, Çexiyanın Pardubice şəhərindəki "CEZ Arena Pardubice" kompleksində "Araz" Rusiyanın "Dina" komandası ilə qarşılaşacaq. Oyun yerli vaxtla saat 15:30-da (Bakı vaxtı ilə saat 18:30) başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə