"Sumqayıt" hazırlığını davam etdirir

"Sumqayıt" hazırlığını davam etdirir

"Sumqayıt" futbol klubu hazırlığını davam etdirir. SİA-nın məlumatına görə, Aqil Məmmədovun komandası "Kapital Bank Arena"da əvəzedici komanda ilə birlikdə qarışıq heyətlə iki tərəfli oyun keçirib. Şərti olaraq "qırmızı" və "sarı"ların qarşılaşmasında birincilər 4:2 hesabı ilə qələbə qazanıb. Zədə səbəbindən Aleksandr Çertoqanov və Slavik Alxasov hazırlıq prosesinə qatılmayıb. "Sumqayıt" FK-nın növbəti məşqi bu gün saat 10:30-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə