Avropa çempionatının püşkatma mərasimi keçiriləcək

Avropa çempionatının püşkatma mərasimi keçiriləcək

19 yaşa qədər futbolçu qızlar arasında növbəti Avropa çempionatının püşkatma mərasimi noyabrın 19-da Nyonda (İsveçrə) keçiriləcək. UEFA-nın saytına istinadla xəbər verilir ki, Slovakiyada keçiriləcək final mərhələsinə vəsiqələr uğrunda 46 komanda mübarizə aparacaq. Bu komandalardan ikisi – İngiltərə və İspaniya yığmaları mübarizəyə seçmə raunddan qoşulacaqlar.

Seçmə raundun 44 iştirakçısı isə UEFA reytinqinə müvafiq olaraq 4 səbətə paylanıb. Başa çatmış üç mövsümün yekunlarına əsasən tərtib edilmiş reytinq siyahısında Azərbaycan yığması da var. Reytinq əmsalı cəmi 1000 xal olan yığmamış Avropada 39-cu yeri tutur. Buna görə bizim komanda final mərhələsinin ən zəif iştirakçıları ilə bərabər "D" səbətinə daxil edilib.

Püşkatma mərasimi sabah Bakı vaxtı ilə saat 13.15-də başlanacaq. Bu mərasimdə Rusiya və Ukrayna komandaları eyni qrupa düşməyəcəklər.

Xatırladaq ki, seçmə raundun oyunları 2015-ci il sentyabrın 15-dən 20-dək keçiriləcək.

U-19 komandasının potensial rəqibləri:

"A" səbəti: İsveç, Fransa, Almaniya, Norveç, Danimarka, Finlandiya, Belçika, Şotlandiya, İrlandiya, Hollandiya, İsveçrə

"B" səbəti: Portuqaliya, Çexiya, Serbiya, Rumıniya, İtaliya, Avstriya, İslandiya, Rusiya, Şimali İrlandiya, Uels, Polşa

"C" səbəti: Türkiyə, Ukrayna, Macarıstan, Yunanıstan, Xorvatiya, Sloveniya, Bosniya və Herseqovina, Makedoniya, Kipr, Belarus, Estoniya

"D" səbəti: Farer adaları, Bolqarıstan, Azərbaycan, Moldova, Latviya, Litva, İsrail, Qazaxıstan, Monteneqro, Gürcüstan, Albaniya.

http://azertag.az/xeber/811452

Bütün xəbərlər Facebook səhifəmizdə