Bakı 2015-də 8 kişi və 8 qadın cüdoçunun yarışacağı təsdiq edildi FOTOLAR

Bakı 2015-də 8 kişi və 8 qadın cüdoçunun yarışacağı təsdiq edildi FOTOLAR

Bu gün Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi gələn il keçiriləcək birinci Avropa Oyunlarında 8 kişi və 8 qadın cüdoçunun yarışacağını təsdiq edir. Komitədən SİA-ya verilən xəbərə görə, Heydər Əliyev Arenasında keçiriləcək və Cüdo proqramına tam şəkildə daxil edilmiş bu yarışda ümumilikdə 10 ölkə təmsil olunacaq.

Yarışda iştirak edəcək idmançıların seçildiyi ölkələrə Azərbaycan, Fransa, Böyük Britaniya, Almaniya, Yunanıstan, Macarıstan, Rusiya, İspaniya, Türkiyə və Ukrayna daxildir.

"Gözdən əlil idmançılar arasında keçiriləcək Cüdo yarışının idman proqramımıza əlavə edilməsi çox gözəl haldır və dünyanın hər yerindəki idman azarkeşlərinin zövq alacağı birinci Avropa Oyunlarının innovativ və inkluziv idman yarışları olacağının sübutudur. Mən gələn il baş tutacaq Avropa Oyunlarında yarışmaq üçün seçilmiş bütün idmançıları təbrik etmək və Bakı 2015 Avropa Oyunları ilə əlaqədar məşq və hazırlıqlarında onlara uğurlar arzulamaq istərdim" - deyə, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş Direktoru cənab Saymon Kleq bildirib.

İdmançılarının iştirakını təsdiqləyən 10 ölkə bunlardır: Azərbaycan, Fransa, Almaniya, Yunanıstan, Böyük Britaniya, Macarıstan, Rusiya, İspaniya, Türkiyə və Ukrayna.

2004-cü il Afina Parolimpiya Oyunlarında və 2008-ci il Pekin Parolimpiya Oyunlarında iki qızıl medal və 2012-ci il London Parolimpiya Oyunlarında bürünc medal qazanmış milli idmançımız İlham Zəkiyev kişilərdən ibarət turnirdə Azərbaycanı təmsil edəcək.

Zəkiyev deyib: "Bakı şəhərində keçiriləcək birinci Avropa Oyunlarında ölkəmi təmsil etmək üçün seçilmək mənim üçün böyük şərəfdir və ümid edirəm ki, mən ilk çempion kimi tarixə düşəcəm. Gözdən əlil idmançılar arasında keçirilən Cüdo yarışının Bakı 2015 proqramına daxil edilməsi çox gözəldir və Heydər Əliyev Arenasında keçiriləcək yarışda Azərbaycana medal qazandırmaq imkanı əldə etdiyim üçün fəxr edirəm".

Gözdən əlil idmançılar arasında Cüdo yarışı bir gün ərzində keçiriləcək və orada 90 kq-dan artıq çəki dərəcəsi kateqorisyasına daxil olan kişi idmançılar və 57 kq çəki dərəcəsinə qədər olan kateqoriyaya daxil edilən qadın idmançılar medal uğrunda mübarizə aparacaqlar.

2012-ci il London Parolimpiya Oyunlarında 52 kq çəki dərəcəsinə qədər olan kateqoriyada qızıl medal qazanmış Almaniyalı idmançı Ramona Brussiq qadın idmançıların yarışında favoritlərdən biri olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə