“Araz Naxçıvan” Premyer Liqa və ölkə kubokundan rəsmən xaric edildi

“Araz Naxçıvan” Premyer Liqa və ölkə kubokundan rəsmən xaric edildi

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda "Araz Naxçıvan"ın fəaliyyətini dayandırması ilə bağlı Peşəkar Futbol Liqasına 11 noyabr 2014-cü il tarixli müraciəti müzakirə olunub və aşğıdakı qərar qəbul edilib:

"Araz Naxçıvan" klubu 2014/2015-ci il mövsümündə Topaz Premyer Liqasından və ölkə kuboku oyunlarından xaric edilsin. Klub oyunların 50 %-dən azında iştirak etdiyi üçün bütün oyunlardakı nəticələri ləğv edilsin. Bu qərar əvəzedici komandaya da şamil edilsin (maddə 11, maddə 56).

Bütün xəbərlər Facebook səhifəmizdə